“Bayer”in kapitanı qapıçı olacaq

 06:46 01.08.2021     54

Almaniyanın “Bayer” (Leverkuzen) komandasının kapitanı qapıçı Lukaş Qradetski olacaq.

Publika.az bu barədə lubun rəsmi saytına istinadən xəbər verir.

“2021/2022 mövsümünə yeni kapitanla başlayırıq. Çempionatın başlamasından bir həftə əvvəl baş məşqçi Herardo Seoane Lukaş Qradetskini kapitan təyin edib. Finlandiyalı qapıçı bu vəzifədə Çarlz Aranqisi əvəz edəcək”-deyə, məlumatda qeyd olunub.

31 yaşlı Lukaş 2018-ci ildən “Bayer”in qapısını qoruyur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/364480.html