Tokio-2020: Rusiyalı idmançı stadionu əlil arabasında tərk etdi

 08:18 01.08.2021     60

Rusiyalı atlet Darya Klişina Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşib.

Publika.az xəbə verir, uzununa tullanma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində zədələnib.

İlk iki cəhdi uğursuz alınan Klişina ayağındakı zədə səbəbindən üçüncü cəhddən imtina edib. Atlet stadionu əlil arabasında tərk etməli olub.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq. ("Report")


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/364483.html