ABŞ-da gərgin gecə: 5 nəfəri güllələdilər

 09:00 01.08.2021     60

ABŞ-ın Indianapolis ştatında baş verən atışma nəticəsində ən azı 5 nəfər yaralanıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, atışma şənbə günü yerli vaxtla 16:30 (00:30 GMT+4) baş verib.

Hadisə yerinə gələn polislər aralarında dörd yaşlı qız olmaqla üç yaralını xəstəxanaya çatdırıblar. Daha sonra iki digər yaralı xəstəxanaya yerləşdirilib.

İstintaq aparılır. Hadisənin səbəbləri araşdırılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/364486.html