Mütəxəssisdən koronavirusla bağlı qorxunc açıqlama - 2013-cü ildən...

 09:17 01.08.2021     52

"SARS-CoV-2 virusunun 2013-cü ildən mövcud ola biləcəyi ehtimal olunur".

Milli.Az APA-ya istinadən bildirir ki, bu iddianı Cenevrə Tibb Universitetinin yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti şöbəsinin müdiri Didye Pitte səsləndirib.

Mütəxəssis bildirib ki, 2013-cü ildə Çinin Uhan şəhəeindən təxminən 1100 kilometr aralıda speleoloqlar tərəfindən araşdırılan mağaralarda "COVID -96" virusuna çox oxşar yoluxucu virusun aşkar edilib: "Lakin mağarada çalışan insanların bu virusa yoluxa biləcəyi aydın deyil. Qaranlıq qalan şey sözügedən virusun Uhan laboratoriyalarından biri tərəfindən aşkarlanmasıdır. Bu, koronavirusun laboratoriyada yaradıldığı anlamına gəlmir".

Bütün bunlara baxmayaraq D.Pitte hesab edir ki, Çin oxşar bir virusun hələ 2013-cü ildə aşkar edildiyini gizlətməyə çalışıb: "Nəşrlər, dissertasiyalar bu laboratoriyalarda çalışan insanlar tərəfindən hazırlanıb. Ancaq həmin dissertasiyalar yoxa çıxdı. Bu məqam bir az narahatlıq doğurur".

Alimin sözlərinə görə, hələ 2019-cu ildə Çində keçirilən hərbi Olimpiya Oyunlarına qatılan idmançılar arasında koronavirusa bənzər bir xəstəliyin yayılması əlamətləri var idi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/969093.html