Bir gündə 8,5 milyard ton buzlaq əridi - SOS

 09:30 01.08.2021     56

Qlobal iqlim dəyişikliyinin təsiri altında olan Qrenlandiya həyəcan təbili çalır.

Axar.az xəbər verir ki, Danimarkanın açıqladığı məlumatlara əsasən, 8,5 milyard ton buzlaq bir gündə əriyərək okeana qarışıb. Əriyən buzlağın ABŞ-ın Florida əyalətini 5 santimetr su ilə örtəcək həcmdə olduğu bildirilib. Belə ki, Şərqi Qrenlandiyada bütün zamanların ən yüksək temperaturu qeydə alınıb. Cənubdan gələn istilik dalğasının təsiri ilə temperatur 19,8 dərəcəyə qədər yüksəlib.

İyun ayından bəri isə Qrenlandiyada 100 milyard tondan çox buz əriyib. Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576710.html