Goranboyda minik maşını aşıb, xəsarət alan var

 23:55 02.08.2021     67

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21099 "markalı minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1953-cü il təvəllüdlü Hümbətova Sədaqət xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/969447.html