ABŞ 24 rusiyalı diplomatdan ölkəni tərk etməyi TƏLƏB ETDİ

 01:21 03.08.2021     65

ABŞ səlahiyyətliləri sentyabrın 3-dək 24 rusiyalı diplomatın siyahısını Rusiya səfirliyinə təhvil verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "National Interest" jurnalına müsahibəsində deyib.

Səfir diplomatların ölkədən çıxarılmasına səbəb kimi onların viza müddətinin bitməsini göstərib.

"Vaşinqton birdən-birə viza prosedurlarını sərtləşdirdiyindən, demək olar ki, diplomatlarımızın hamısı Rusiyaya dönəcək", - səfir qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/364671.html