AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

 05:15 03.08.2021     60

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.

Publika.az xəbər verir ki, Mehtiyeva Qazaxıstanın "Tobol" və Slovakiyanın "Jilina" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/364678.html