Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

 07:05 03.08.2021     50

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci turniri - "Chessable Masters" keçirilir.

Şəhriyar Məmmədyarov ilkin mərhələnin son turunda Aryan Tari ilə heç-heçə edib. O, 9 xalla 7-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.

Şəhriyar Məmmədyarovdan başqa ABŞ təmsilçiləri Uesli So, Hikaru Nakamura, Fransa təmsilçisi Alireza Firuzca, rusiyalı Vladislav Artemiyev, vyetnamlı Le Quan Liyem, niderlandlı Jorden Van Forrest, ermənistanlı Levon Aronyan da pley-offa vəsiqə əldə ediblər.

Xatırladaq ki, "Champions Chess Tour" Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/969449.html