İranda dörd nəfər daşqın qurbanı olub

 07:15 03.08.2021     46

İranın mərkəzi hissəsində yerləşən Qəzvin əyalətində baş verən daşqın nəticəsində 4 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Avadc bölgəsində baş verib. Daşqınlara güclü yağış səbəb olub.

Güclü yağışın 30 ilə 45 dəqiqə arasında davam etdiyi və bu müddətdə bütün yaz dövrü göstəricisinə bərabər olan 36 mm yağıntının düşdüyü qeyd olunur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/969450.html