Güləşçimiz Tokioda bürünc medal uğrunda mübarizə aparacaq

 06:46 03.08.2021     38

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

Publika.az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançımız Tunis təmsilçisi Lamyed Maafiyə 11:1 hesabı ilə qalib gəlib.

R.Hüseynovun bürünc medal uğrunda rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olacaq.

Xatırladaq ki, Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/364680.html