"İnstagram"ın işində problem yaranıb

 07:25 03.08.2021     48

"İnstagram" sosial şəbəkənin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Braziliya, Britaniyada, Rusiya və Almaniyada qeydə alınıb.

İstifadəçilərin 22 faizi əsasən hesablarına giriş, 60 faizi lentə baxış, 15 faizi isə videoların yüklənməsində problemlərlə üzləşir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/969451.html