Türkiyədə koronavirusdan 91 nəfər vəfat edib

 07:35 03.08.2021     39

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 91 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 270 426 nəfər test edilib, 22 898 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 947 nəfər sağalıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/969452.html