Kabul Talibanla əməkdaşlığa hazır olduğunu bildirib

 08:10 03.08.2021     49

"Əfqanıstan hökuməti Taliban hərəkatı ilə əməkdaşlığa hazırdır, yalnız bir şərtlə - terroru dəstəkləməyi dayandırmalıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Talibanın qarşısında çox şərt qoyulmur: "Yalnız ölkə daxilində Əfqanıstanın gələcəyi xalqın azad iradəsi ilə həll edilməli və xarici sərhədlərdə ölkə üçün təhlükə yaradılmamalıdır. Heç bir xarici terror gücünə sahib olmamalıyıq. Taliban üzvlərini hökumətə orqanlarına götürməyə, onlarla sül bağlamağa hazırıq".

Atmar əlavə edib ki, hökumət terroru dəstəkləməyi dayandırmaq şərti ilə Talibanı bir hissəsi olaraq qəbul etməyə razıdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/969468.html