Rusiya ilə əlaqələri kəssək... - Kuleba

 08:15 03.08.2021     46

Rusiya ilə diplomatik əlaqələri kəsmək üçün heç bir səbəb görmürəm.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

"Siyasətdə hər şey vaxtında edilməlidir. Diplomatik əlaqələr 2014-cü ildə kəsilə, təcavüzün başlanmasının fonunda ola bilərdi. İndi müəyyən bir status-kvo yaradılıb, bu boşluq heç nəyi dəyişməyəcək və bununla heç bir problem həll olunmayacaq", - Kuleba qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577058.html