Güləşçimiz Tokioda erməni ilə mübarizə aparacaq

 08:23 03.08.2021     52

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançımız Tunis təmsilçisi Lamyed Maafiyə 11:1 hesabı ilə qalib gəlib.

R.Hüseynovun bürünc medal uğrunda rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olacaq.

Xatırladaq ki, Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/969457.html