Afina geri çəkildi: Türkiyəyə yardım etməyəcəyik!

 08:30 03.08.2021     51

Yunanıstan Türkiyəyə meşə yanğınları ilə əlaqədar daha öncə söz verdiyi yardımı edə bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindən Türkiyənin Afinadakı səfirliyinə bildirilib.

Vurğulanıb ki, Afina Yunanıstanda da davam edən meşə yanğınları səbəbindən Türkiyəyə yardım edə bilməyəcək.

Daha öncə isə Yunanıstan tərəfi yardım təklif etdiklərini, ancaq Türkiyənin müsbət cavab vermədiyi üçün geri çəkildiklərini bəyan etmişdi. Türkiyə rəsmiləri isə bu açıqlamanı yalanlamışdı.

Qeyd edək ki, iyulun 29-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edən Yunanıstan XİN rəhbəri Nikos Dendias yanğınla mübarizədə yardıma hər an hazır olduqlarını söyləmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577060.html