İsveçrədə istirahət mərkəzində 6 nəfər zəhərlənib

 08:43 03.08.2021     48

İsveçrənin Loykerbad dağlıq kurort zonasının "Alpenterm" istilik mərkəzində kimyəvi maddənin sızması 6 nəfərin zəhərlənməsinə səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Zəhərlənən şəxslər Son və Vej şəhərindəki xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və kimyaçı mütəxəssislər hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, hadisə suyun təmizlənməsi və dezinfeksiya edilməsi üçün istifadə olunan "natrium hipoklorit"in aşındırıcı maddəsinin sızması nəticəsində baş verib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/969459.html