İndoneziya sahillərində güclü ZƏLZƏLƏ

 08:36 03.08.2021     46

Avqustun 3-də İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Qərbi Sumatra əyalətinin Padanq şəhərindən 228 kilometr cənub-qərbdə, ocağının 40 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/364685.html