Rəisinin andiçməsinə 10 prezident qatılacaq

 08:48 03.08.2021     47

"73 ölkədən 115 rəsmi şəxs İranda yeni seçilən prezidentin andiçmə mərasiminə qatılacaq".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu İran İslami Şura Məclisi İdarəsinin sözçüsü Seyyid Nezamuddin Musəvi avqustun 5-də keçiriləcək andiçmədən danışarkən deyib.

"10 Prezident, 20 parlament sədri, 11 xarici işlər naziri və 10 nazirlə yanaşı, məclis komissiya sədrlərinin xüsusi səfirləri, beynəlxalq və regional 11 qurum rəhbəri və rəsmiləri, BMT Baş katibi, OPEC sədri, Parlamentlərarası birlik rəhbəri, Avropa İttifaqı təmsilçisi, D8 təmsilçisi, SITA təmsilçisinin də aralarında olduğu 115 rəsmi şəxs iştirak edəcək", - o bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/969465.html