Almeyda yenidən "Qarabağ"da - Rəsmi

 23:14 03.08.2021     71

Ağdamın "Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə birillik müqavilə imzalayıb.

Axar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.

Bu, təcrübəli oyunçunun Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha əvvəl 2012-2018-ci illərdə, həmçinin 2019-cu ildə Ağdam təmsilçisinin şərəfini qoruyub.

Qeyd edək ki, Riçard Almeydanın son klubu "Zirə" olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/577304.html