Ən populyar smartfon istehsalçılarının adları açıqlandı

 23:00 03.08.2021     68

2021-ci ilin ikinci rübündə Avropa ölkələrində ən populyar smartfonların adları açıqlanıb.

Publika.az xəbər verir ki, Avropaya smartfon tədarükünün həcminə görə Çinin "Xiaomi" şirkəti lider olub. Hesabat dövründə regionda 12 milyondan çox smartfon tədarük etməklə ümumi bazar payının 25 faizini əhatə edib.

"Samsung" 24 faiz bazar payı ilə liderliiyi əldən verib. Şirkət bu ilin ikinci rübündə Avropaya 11 milyondan çox smartfon tədarük edib.

Üçüncü yerdə 9 milyon smartfon və 19,2 faiz bazar payı ilə "Apple" qərarlaşıb.

Qeyd olunub ki, "Xiaomi" smartfonlarına ən böyük tələbat Rusiya, Ukrayna, İspaniya və İtaliyada qeydə alınıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/ikt/364767.html