Santa yeni ilə hazırlaşır: Vaksin olunmağa gəldi

 23:20 03.08.2021     67

Finlandiyada vaksinasiya məntəqəsini iki məşhur sima ziyarət edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, onlardan biri Santa-Klaus, digəri isə ölkədə tanınmış musiqiçi Lordi olub.

Bu barədə Santanın yaşadığı Rovaniyemi şəhər meriyası özünün sosial şəbəkə səhifəsində məlumat yayıb.

Uşaqların sevimlisinin peyvənd olunub-olunmaması dəqiq bildirilməyib. 2006-cı ildə "Avroviziya"nın qalibi olmuş musiqiçinin vaksinasiya olunduğu isə fotolardan anlaşılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/969363.html