Silahlılar Oman körfəzində tankeri ələ keçirdi

 23:50 03.08.2021     73

Panama bayrağı altında hərəkət edən "Asfalt Princess" tankeri BƏƏ sahilləri yaxınlığımda Oman körfəzində ələ keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Skay Nyus" telekanalı təhlükəsizlik mənbələrinə istinadən xəbər verib.

Məlumata əsasən, təxminən doqquz silahlı şəxs Əmirliyin Haur-Fakkan şəhərindən Omanın Sohar limanına gedən gəmiyə daxil olaraq tankeri ələ keçirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577327.html