Füzulidə daha 6 erməni hərbçinin qalıqları tapılıb

 23:52 03.08.2021     75

İşğaldan azad olunmuş Füzuli rayonunda daha 6 erməni hərbçinin qalıqları aşkar olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1629 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/969715.html