Danışıqlara qayıtmağa hazırıq, İran qərar verməlidir - ABŞ

 23:59 03.08.2021     78

ABŞ hələ də Vyana danışıqlarına qayıtmağa hazırdır, İran öz siyasi sistemi daxilində müvafiq qərar verməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Birgə Hərtərəfli Fəaliyyət Planına qarşılıqlı qayıdış üçün dolayı danışıqları davam etdirmək üçün Vyanaya qayıtmağa hazırıq. Aydındır ki, İrandakı rəsmilər öz siyasi sistemləri daxilində hansı yolu seçmələri barədə qərar verməlidirlər", - Prays qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577325.html