40 yaşdan yuxarı hər kəs içsin - Sağlamlıq iksiri

 00:08 04.08.2021     62

40 yaşından sonra çox insanlar yorğunluq, halsızlıq, mütəmadi baş ağrıları, təzyiq problemləri ilə rastlaşır. Ürək və damar tutulmaları da bu yaşdan sonra üzə çıxır. Bunlar damarların tıxanmasında və xolesterin qalıqlarından qaynaqlanır. Qan damarları normal vəziyyətdə olmayan insanın bütün sistemləri sıradan çıxır.

Axar.az Medicina.az-a istinadən məhz bu yaşdan sonra hər bir kəsin içməli olduğu xüsusi resepti təqdim edir. O, sizin damarlarınızı və qanınızı təmizləyəcək.

Lazımdır: Kaqor şərabı, Kök şirəsi, Ağ turp şirəsi, Limon şirəsi, Çuğundur şirəsi, Su və təbii bal – 200 ml. Sarımsaq – 15 diş.

Hazırlanması: Kök, turp, limon, çuğundurun şirəsi sıxılır və hamısı bir qabda qarışdırılır. Bura qırmızı kaqor və bal qatılır və bankada soyuduya qoyulur. Hər gün 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edilir.

Bir kurs 45 gündür. Hazırladığınız qarışım bu müddətə bəs edəcək.

İldə 2-3 dəfə bu kursu qəbul edənin baş ağrıları keçir, təzyiqi düzəlir. Orqanizmdən duz və toksinlər atılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/saghliq/577316.html