Rusiya Zəngəzurda bu proses üçün fəal səy göstərir

 00:17 04.08.2021     67

Rusiya bölgədə kommunikasiyaların açılması prosesini həyata keçirmək üçün fəal səy göstərir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan İctimai televiziyasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya və beynəlxalq birlik Zaqafqaziyanın sülh və sabitlik bölgəsinə çevrilməsində maraqlıdır:

“Bizim üçün bu həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Ermənistan da Rusiya kimi Avrasiya İttifaqının üzvüdür. Təbii ki, nəqliyyat əlaqələrinin açılması birliyimiz çərçivəsində inteqrasiya proseslərinə müsbət təsir göstərəcək”.

Onun sözlərinə görə, kommunikasiyalarının açılması həm də iqtisadi və siyasi baxımdan çox əhəmiyyətli tərəfdaşlarla, xüsusən də İranla əlaqə yaradacaq. Buna görə də Rusiya mövcud problemlərə və ziddiyyətlərə baxmayaraq, bu prosesə başlamaq üçün fəal səy göstərir.

Səfir bildirib ki, nəqliyyat blokadasının aradan qaldırılması Ermənistan üçün də vacibdir:

“Bu, çox perspektivli bir iqtisadi operator olaraq ölkənin, erməni xalqının potensialını ortaya qoymağa kömək edəcək”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/577331.html