Antalyada yanğın törədən şəxs HƏBS OLUNDU

 00:31 04.08.2021     60

Antalyanın Manavqat bölgəsində meşə yanğınlarını törətməkdə ittiham olunan şəxs həbs olunub.

Publika.az bu barədə “Haberler” məlumat yayıb.

Bildirilir ki, adı açıqlanmayan şəxs, dörd gün öncə saxlanılıb.

İstintaqın gedişində saxlanılan gənc ittihamları qəbul etməsə də, ona təqdim edilən şəksiz dəlilləri rədd edə bilməyib.

Sözügedən gəncin barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri təsdiq olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/364774.html