General Mirzəyevdən Dənizlidə ilk açıqlama - Video

 01:09 04.08.2021     67

Dənizlidə genişmiqyaslı yanğın baş verdi. Ona görə bura gələn konvoyumuz burada saxlanıldı.

Axar.az xəbər verir ki, bunu hazırda Dənizlidə olan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

“Mənə məruzə olunandan sonra belə qərara gəldik ki, bu konvoyu iki yerə bölək və konvoyla hərəkət edən yanğınsöndürənlər burada qalacaq. Onların özləri də iki hissəyə bölünəcək. Yerdə qalan 19 maşın və bir sistern Muğla istiqamətində bir azdan yola düşəcək”, - Mirzəyev bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/577339.html