Yunanıstan od içində: Əhali otellərə yerləşdirilir

 02:11 04.08.2021     68

Yunanıstan hökuməti güclü yanğınların təhlükə törətdiyi Attika əyalətinin əhalisini otellərə yerləşdirir.

Axar.az xəbər verir ki, bunu Yunanıstan hökumətinin rəsmisi Nikos Hardalias deyib.

“Attikanın alovların bürüdüyü rayonlarının evlərinə qayıda bilməyən əhalisi bu gün bizimlə əlaqə saxlayaraq, yollar açılana qədər dövlətin hesabına otellərdə gecələyə bilərlər. Biz Otellər Palatası ilə əməkdaşlıq nəticəsində insanları onlarla otel otağı ilə təmin etmişik”, - Hardalias bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577346.html