Daşkəsəndə içki məclisində qan töküldü

 22:16 04.08.2021     75

Daşkəsən rayonunun Astaf kəndində içki məclisi qanlı hadisə ilə nəticələnib.

Axar.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev içki məclisində baş verən dava zamanı başından balta ilə xəsarət alıb. O, ağır vəziyyətdə Gəncə şəhərinin xəstəxanalarının birinə aparılıb.

İlkin məlumatlara görə, E.Abdullayevə həmyerlisi xəsarət yetirib. Hazırda polis əməkdaşları onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/577540.html