Şəkəri azaltmaq xərçəngin qarşısını alır - Həkim

 22:40 04.08.2021     66

Şəkərin miqdarını azaltmaq xərçəng hüceyrələrinin qarşısını alır.

Milli.Az xəbər verir ki, türkiyəli onkoloq Berrin Pehlivan bununla bağlı önəmli açıqlamalar verib:

"Xərçəng xəstələri mümkün olduğu qədər şəkəri azaltmalıdırlar. Şəkəri azaltmaq xərçəng hüceyrələrinin yayılmasının qarşısı alar. Kimyaterapiyada xəstələrin düzgün qidalanması çox önəmlidir. Hər şeydən az-az və yetəri miqdarda yeməli, çəki itirməməlidirlər. Çünki bu müddətdə xəstələrin iştahası olmur, bulantı və qusma halları ilə qarşılaşırlar. Xəstələr çəki itirdikədn sonra bunu dayandırmaq çətin olur. İşlənməiş, hazır, paketli qidalardan uzaq durmaq lazımdır. Meyvə və tərəvəzlər yaxşı yuyulmalıdır. Nə yediyimizdən çox, yediyimizin miqdarı çox önəmlidir. Xərçəngdən qorunmaq üçün aktiv həyat da vacibdir. Həftədə 3-4 gün ən azı 30-45 dəqiqə ritmik yürüyüşə çıxmalıdırlar. Siqaret və alkoqoldan uzaq durmalı, yuxu rejimlərinə nəzarət etməlidirlər". /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/957891.html