Koronavirus xəstələrinin 6 aylıq sınağı

 22:44 04.08.2021     71

Xəstələrin 70 faizdən çoxu sağaldıqdan sonra uzun müddət davam edən koronavirus simptomlarından şikayətlənib. Bildirilib ki, bəzi əlamətlər 6 ay ərzində getməyib.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, xəstələnənlər təngənəfəslik yaşadığını, tez yorulduğunu və yaxşı yatmadığını söyləyib.

Simptomlar siyahısında 84 maddə var. Bunlara depressiya, iybilmə duyğusunun itməsi, sinə ağrısı, qızdırma, zehni pozğunluq, yaddaşın pozulması və konsentrasiya çətinliyi və s. daxildir.

Kişilər daha çox təngənəfəslikdən, qadınlar isə sinə ağrısından şikayətlənirlər. Buna səbəb kimi yalnız infeksiya deyil, onların xəstəxanada qalma şəraiti də göstərilir. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/969936.html