Azərbaycandan NÖVBƏTİ DƏSTƏK: 1 təyyarə, 40 yanğınsöndürmə avtomobili... - Çavuşoğlu AÇIQLADI

 22:48 04.08.2021     61

"Azərbaycandan daha öncə gələn heyət Muğla vilayətində yanğınla mübarizəni davam etdirir".

Publika.az "Star"a istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Manavqat rayonunda yerləşən AFAD Koordinasiya Mərkəzində keçirilən mətbuat konfransında deyib.

"Sabah Azərbaycandan 10 ekipaj üzvü ilə 1 təyyarə, 150 ekipaj üzvü ilə 40 yanğınsöndürmə avtomobili ölkəmizə gələcək", - deyə nazir vurğulayıb.

Çavuşoğlu qeyd edib ki, Ukraynanın özəl şirkətindən 4 helikopter icarəyə götürülüb:

"Sözügedən helikopterlər İsparta Hava Limanına eniblər. Bu axşamdan etibarən yanğın söndürmə əməliyyatlarında istifadə ediləcək".

XİN rəhbəri bəzi ölkələrdən yardım göndəriləcəyini də açıqlayıb:

"Pakistan, Polşa, Gürcüstan, Qazaxıstan, Bosniya və Hersoqavina, ABŞ, Kanada, Yaponiya, Kızılaç və Kızılay Federasiyalarından bəzi yardım təklifləri gəldi. Bu ölkələrə ehtiyaclarımızı söylədik. Təyyarə və Helikopterə, havadan dəstəyə ehtiyac olduğunu dedik. O ölkələrdən cavab gözləyirik. Ehtiyaca görə, gələn təklifləri dəyərləndiririk".

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/364881.html