Türkiyədə yanğın Kemerköy İstilik Elektrik Stansiyasının ərazisinə daxil olub

 23:30 04.08.2021     61

Türkiyədə davam edən yanğın Milas rayonunundakı Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə daxil olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN-Türk məlumat yayıb.

Qeyd olunub ki, güclü külək yanğının genişlənməsinə səbəb olub, alovlar Kemerköy İES-in ərazisinə keçib.

Yanğının İES-də partlayışa səbəb olmaması üçün öncədən təhlükəsizlik tədbirləri görülüb. İES-in ətrafında xəndəklər qazılıb, işçilər və yaxınlıqdakı yaşayış yerlərindəki əhali təxliyə olunub.

Qeyd edək ki, 3 qurğudan ibarət 630 MW gücdə olan Kemerköy İES-in
gündəlik yanacaq tələbatı 21 600 tondur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/969992.html