Cənab Əliyev bir amfibiya təyyarəsindən danışdı - Ərdoğan

 00:28 05.08.2021     67

Bildiyim qədər sayları 50-dən çoxdur - beynəlxalq dövlətlər və təşkilatlar dəstəklərini ifadə ediblər. Hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Ən əsası Azərbaycandır. Təxminən 200 yanğınsöndürən, yanğınsöndürmə helikopterləri və əsgərlərlə yanğına qarşı mübarizə aparırlar.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi cənab Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev - red) bir amfibiya təyyarəsindən danışdı. Onun da gəlişi ilə təyyarə məsələsində vəziyyətimiz çox fərqli olacaq. Rusiyanın 5 təyyarə və 3 helikopteri yanğına qarşı mübarizəni davam etdirir. İran, Ukrayna, Xorvatiya da təyyarə göndərib”, - Ərdoğan bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/577567.html