Bu gündən 20 ölkənin vətəndaşları Azərbaycana gələ bilər

 00:35 05.08.2021     64

Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.

Axar.az xəbər verir ki, həmin şəxslər COVİD-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər.

Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahısı: Almaniya, Avstriya, Belcika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Yunanıstan.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/577568.html