Tokio-2020: Daha iki idmançımız mübarizəyə başlayır

 00:53 05.08.2021     65

Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Axar.az xəbər verir ki, yarışın növbəti günündə sərbəst güləşçi Turan Bayramov olimpiadada debüt edəcək.

74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq. Bayramov qələbə qazansa, 1/4 finalda Frank Çamizo (İtaliya) - Avtandil Kentçadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Karateçi Firdovsi Fərzəliyev A qrupunda çıxış edəcək. 67 kq-dakı idmançı Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə döyüşlərdən sonra yarımfinala vəsiqə qazanmağa çalışacaq. İlk iki yerin sahibi yarımfinala vəsiqə yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/577565.html