Antalyadakı yanğını 12 yaşlı uşaq törədib: Etiraf etdi

 01:03 05.08.2021     63

Türkiyənin Antalya bölgəsinin Manavqat raynonunda meşə yanğınını törədən şəxs müəyyənləşdirilib.

Axar.az xəbər verir ki, yanğını 12 yaşındakı M.A.T adlı yeniyetmə törədib. Sözügedən yeniyetmə yanğını törətdiyini etiraf edib.

O qeyd edib ki, yanğını öz istəyi ilə, heç kimin təlimatı olmadan törədib. Belə ki, meşəni yaxşı tanıdığını söyləyən M.A.T quru otları bir yerə toplayaraq evdən götürdüyü çaxmaqla alov qaladığını, lakin yanğının miqyasının böyüməsi səbəbindən qarşısını ala bilmədiyini deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577574.html