Türkiyədəki meşə yanğınlarında TERROR İZİ - Ərdoğan TƏSDİQLƏDİ

 01:11 05.08.2021     63

"Biz bu narahatlığı əvvəldən daşımışıq. Bunun altından bir şey çıxdı. Tutulanların ailəsində PKK ilə əlaqələrin olduğunu təsbit etdik".

Publika.az "Haber 7"yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının terror təşkilatları ilə əlaqəsindən danışarkən deyib.

"Bütün polis təşkilatımız, kəşfiyyatımız bunun araşdırmalarını aparır. Bizim ciyərlərimiz yanır. Ciyərimizi yandıranın ciyərini yandıracağıq. Burada canlılar da yandı". - Türkiyə lideri xəbərdarlıq edib.

Ölkə başçısı bildirib ki, baş verənlər cinayət hadisəsidir:

"Ortada bir cinayət var. Bir tərəfdən tələfat var. Bir də o meşələr xüsusilə, arıların ən çox məhsul istehsal etdiyi meşələrdir. Marmaris də bu mövzuda məşhurdur. Bunları bir kənara qoymağımız mümkün deyil. Yanğınlarla əlaqədar hər cür bildiriş, sənəd və məlumatlar jandarma və kəşfiyyatımız tərəfindən ətraflı araşdırılır. Davam edən araşdırmaların nəticələrini ictimaiyyətə açıqlayacağıq"

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/364888.html