Talibanın daha 303 silahlısı məhv edilib

 12:23 05.08.2021     61

Əfqanıstanın Silahlı Qüvvələri Gilmend əyalətinin Leşgərgah şəhərinin Taliban qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Son sutka ərzində hərbçilərlə Taliban arasında gedən döyüşlər nəticəsində qruplaşmanın 303 silahlı zərərsizləşdirilib, 125-i yaralanıb.

Bildirilib ki, Taliban silahlıları Nanqarhar, Laqman, Qəznə, Paktikə, Qəndəhar, Zabul, Herat, Cauzcan, Samanqan,Fəraib, Sarı-e- Poli, Gilmənd, Nimroz,Kunduz, Baqlan və Kapis əyalətlərində gedən döyüşlərdə məhv ediliblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577631.html