Vergi ödəyicilərinin sayı 4 faizə yaxın artıb - Mikayıl Cabbarov

 12:40 05.08.2021     55

2021-ci ilin 6 ayı ərzində aktiv vergi ödəyicilərinin sayı bu ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 min 401 nəfərə çatıb

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazir bildirib ki,Ölkədə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin sayının artması ilə müşayiət olunur:

"Bu dövrdə ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 min 738-ə, qeydiyyata alınan obyektlərin sayı isə 5,8% artaraq 176 min 794 nəfərə çatıb".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/970066.html