Çavuşoğlu Azərbaycana təşəkkür etdi

 12:41 05.08.2021     56

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

M. Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.

C. Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/577639.html