“Türkiyəyə yardım” kampaniyası ilə bağlı araşdırma başladı

 13:10 05.08.2021     50

Ankara Baş Prokurorluğu son zamanlar sosial mediada sürətlə yayılan "Help Turkey" çağırışlı paylaşımlarla bağlı araşdırma başladıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun yaydığı rəsmi məlumatda qeyd olunur ki, iyulun 28-dən başlayan meşə yanğınlarından bu yana sosial şəbəkələrdə bir qrup şəxs və bot hesabların xalq arasında narahatlıq, qorxu, həyəcan yaratmaq, Türkiyə dövlətini və hökumətini alçaltmağa çalışdıqları təyin edilib. Bu səbəblə cinayət tərkibli paylaşımlarla bağlı rəsmi araşdırma başladılıb. 

Qeyd edək ki, avqustun 1-dən etibarən bütün sosial şəbəkələrdə #HelpTurkey həştəqi ilə Türkiyəyə yardımla bağlı "Global call" adlı kampaniya başlayıb. Qısa müddət ərzində 2 milyon nəfər kampaniyanı paylaşıb. Kampaniyanı paylaşanlar sırasında xeyli məşhur sima var.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/970071.html