Bakıda evdən külli miqdarda pul və qızıl oğurlandı

 13:28 05.08.2021     54

Bakıda mənzilən külli miqdarda pul və qızıl oğurlanıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/crime/364939.html