Ukraynanın keçmiş Baş naziri vəfat etdi

 13:34 05.08.2021     55

Ukraynanın sabiq Baş naziri və ölkənin Təhlükəsizlik Xidmətinin ilk sədri Yevgeniy Marçuk dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumatı Y.Marçukun həyat yoldaşı Larisa İvşina açıqlayıb.

Bildirilir ki, Yevgeniy Marçuk 80 yaşında ürək dayanmasından vəfat edib.

Qeyd edək ki, Marçuk 1995-1996-cı illərdə Ukraynanın Baş naziri vəzifəsində çalışıb. Bununla yanaşı, o, müdafiə naziri də olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/970063.html