Kaliforniyadakı meşə yanğınlarından görüntülər - VİDEO

 13:40 05.08.2021     52

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları son bir neçə gündə 110 min hektardan çox ərazini əhatə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yanğının baş verdiyi ərazinin yerli yanğınsöndürmə idarəsindən məlumat verilib.

Qeyd olunur ki, iyulun 14-də başlayan meşə yanğınlarının yalnız 35 faizə qədərini lokallaşdırmaq mümkün olub.

Yerli xilasedicilərin verdiyi məlumata görə, güclü külək və ərazinin relyefi alovun qarşısını almağı çətinləşdirir.

Mütəxəssislər bildirir ki, havaların isti və quraqlıq keçməsi alovun daha geniş ərazilərə yayılacağını deməyə əsas verir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/970075.html