Karapetyan Muradovla sərhədi müzakirə etdi

 13:52 05.08.2021     49

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradovla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı sülhməramlı missiya ilə bağlı cari problemlər barədə də fikir mübadiləsi aparılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577632.html