Rəisinin andiçməsində ölkəmizi onlar təmsil edəcək

 14:11 05.08.2021     38

Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.

Axar.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi Tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir.

Səfir paylaşımında bildirib ki, qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/577665.html